Gennadi Matişov: Azərbaycan və Rusiya arasında yaxşı siyasi, iqtisadi əlaqələr var
Azərbaycan ilə Rusiya arasında yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya bazarlarına daxil olarkən Azərbaycanın kənd təsərrüfatı məhsullarına rast gəlirik. Bu da onu göstərir ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir.
Bu sözləri AMEA rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunda Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzinin sədri akademik Gennadi Matişov deyib.
“Biz çalışmalıyıq ki, xalqlarımız arasındakı əlaqələr daha da möhkəmlənsin. Bu forumun sonunda əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması çox gözəl olardı”, - deyə akademik vurğulayıb.
Azərbaycanın çoxmillətli ölkə olduğunu bildirən G.Matişov Bakının gözəlliyinə, buradakı yaraşıqlı binalara heyran qaldığını diqqətə çatdırıb.
AZƏRTAC