AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır

15:08 - 17 / 04 / 2017
AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır

"Azərbaycan Hava Yolları" (AZAL) cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.

Ciddəyə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu Airbus A320 laynerləri ilə yerinə yetiriləcək.

Regionda  unikal  hesab ediləcək  Ciddəyə birbaşa reyslər "Azərbaycan Hava Yollarının" digər reysləri ilə rahat calanacaq. Bu, nüfuzlu britaniya agentliyi  “Skytrax”in qiymətləndirməsinə əsasən postsovet məkanında  ən yaxşı hava limanı adlandırılmış Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən rahat tranzit uçuşlar planlaşdırmaq imkanı verəcəkdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: 

(+99412) 598 88 80;

*8880

E-mail: [email protected]

1news.az

Paylaş:
361

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər