“Azercell” internet xidmətində yaranan problemə aydınlıq gətirdi
“Azercell Telekom” MMC internet xidmətində yaranan problemlə bağlı açıqlama yayıb.
Şirkətdən 1news.az-a verilən məlumata görə, artıq problem tam həll edilib:
“Məlumat üçün bildiririk ki, 17.04.2017-ci il tarixində, saat 12:00-14:15 radələrində “Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi.
Yaranmış halın aradan qaldırılması üçün təcili tədbirlər görülüb və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilib”- deyə, şirkətdən bildiriblər.
1news.az
456