Bakıda ən bahalı uşaq bağçaları hansılardır – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ən bahalı uşaq bağçaları hansılardır – SİYAHI

16:02 - 17 / 04 / 2017
Bakıda ən bahalı uşaq bağçaları hansılardır – SİYAHI

Azyaşlı uşaqları olan valideynləri maraqlandıran məsələlərdən biri də uşaq bağçalarının qiymətidir.

1news.az xəbər verir ki, milli.az paytaxtdakı bahalı uşaq bağçalarının qiymətlərini araşdırıb.

Araşdırmaya əsasən, adıçəkilən uşaq bağçalarının xidmətlərinə 3 dəfə yemək, rəqs, ingilis dili kursları, şahmat oyunları daxildir. Bağçaların fəaliyyət qrafikləri, demək olar ki, eynidir. Fərqli olan, sadəcə, bir bağçanın binasının digərinə nisbətən daha modern olmasıdır.

Özəl bağçalarda aylıq ödənişlər sahibkarların öz şəxsi qərarları əsasında tənzimlənir. Yəni, müəssisənin sahibi göstərdiyi xidmətə qiymət qoymaqda sərbəstdir. Ona lisenziya verən Təhsil Nazirliyi də bu məsələyə qarışmır. Sahibkar da hesab edir ki, göstərdiyi xidmət, müəssisədə yaradılan maddi-texniki baza aylıq ödənişdə öz əksini tapmalıdır ki, yatırdığı sərmayəni götürə bilsin.

Uşaq bağçası yaratmaq üçün lisenziyanın alınması üçün ödənilən dövlət rüsumunun məbləği isə 1250 manat müəyyən edilib.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 2016-cı ildə ölkədə 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Bunun 1079 körpələr evləri-uşaq bağçaları, 631 ədədi uşaq bağçaları, 4-ü məktəb-uşaq bağçaları, 8-i xüsusi bağçalar olub. 

Uşaq bağçalarının adları

Aylıq ödəniş

İş qrafiki

“Şəkərbala”

650 manat

08:30-dan 18:00-dək həftənin 5 günü

“Çeburaşka”

500 manat

08:00-dan 19:00-dək həftənin 5 günü

“Sehirli dayə”

480 manat

08:00-dan 18:00-dək həftənin 5 günü

“Erudit-M”

400 manat

08:30-dan 18:00-dək həftənin 5 günü

“Mauqli”

350 manat

08:00-dan 19:00-dək həftənin 5 günü

“İnci”

350 manat

08:00-dan 19:00-dək həftənin 5 günü

“Şən”

350 manat

08:00-dan 18:00-dək həftənin 5 günü

“Mickeys hous”

500 manat

08:00-dan 18:00-dək həftənin 5 günü

“Modern Baby”

650-700 manat

09:00-dan 17:00-dək həftənin 5 günü)

"Kids Baku”

300 manat

08:00-dan 18:00-dək həftənin 5 günü


Babək Cahandarov

 

 

Paylaş:
9142

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər