İlk dəfə olaraq mənzillərə 55 000 AZN-dək endirim | 1news.az | Xəbərlər
Cəmiyyət

İlk dəfə olaraq mənzillərə 55 000 AZN-dək endirim

17:14 - 17 / 04 / 2017
İlk dəfə olaraq mənzillərə 55 000 AZN-dək endirim

Bütün həyatınız boyu ən çox nə qədər endirim təklifi almısınız? Hər birimizin fikirindən bir rəqəm keçir. Bəs arzuladığınız mənzilə 55 000 AZN-dək endirim təklifi olsa necə? Bu təklif o qədər möhtəşəmdir ki, inandırıcı səslənmir?

“Renessans Palace” məhz bu şansı əsl premium mənzil arzusunda olanlara verir. Belə ki, yeni elan olunan kampaniyaya əsasən hamı 55 000 AZN-dək endirimdən yararlana bilər. Ancaq burada mənzil almağı arzu edənlər tələsməlidirlər – kampaniya 31 maya kimi davam edəcək və mənzil sayı məhduddur.  

Burada belə bir sual yaranır: 55 000 AZN endirimlə satılan mənzilin hansı üstünlükləri var? Buyurun, cavabla tanış olun.

İlk olaraq qeyd edək ki, bu kampaniyanın müddəti qısa olduğuna görə, 1 iyundan etibarən 1m² qiyməti yenidən bahalaşacaq. Beləliklə, 31 mayadək mənzil almaqla alıcı hər 1m² qiymətində 300 AZN, bir mənzilin qiymətində isə 55 000 AZN-dək qazanmaq şansı əldə edir. Bu isə, təxminən bir ay ərzində alıcıya 17% qazanc əldə etmək imkanı yaradır.   

Bu sərfəli endirimlə yanaşı olaraq “Renessans Palace” öz sakinlərinə əsl premium standartlar təklif edir. Ümumi sahəsi 2,7 ha olan “Renessans Palace”-ın 1,5 ha sahəsində nəhəng park yerləşəcək. Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün hər cür şərait yaradılıb. Yaşıllıqlar, ekzotik ağaclar, süni göl meqapolisin mərkəzində canlı təbiət atmosferi yaradır. Tennis kortu, idman meydançası, idman qurğuları, qaçış və velosiped zolaqları sağlam həyat tərzini sevənlər üçün geniş imkanlar yaradacaq. Premium yaşayış kompleksi gənc sakinlərini də unutmayıb. Onların əylənməsi üçün uşaq oyun meydançası salınacaq.

Qranit daim uzunömürlülük və zənginlik simvolu hesab olunub. Təsadüfi deyil ki, hətta antik dövrlərdə qranitdən inşa edilən tikililər hələ də öz zahiri gözəlliyini qoruyub saxlayıb. Qranit çox bahalı olsa da, “Renessans Palace”-ın tikintisini həyata keçirən “AS Group Investment” şirkətlər qrupu kommersiya mərtəbələrində fasadı bu materialla üzləyib. Bu, kommersiya mərtəbələrində görülən fasad işlərinin qiymətini 8 dəfə, ümumi fasad işlərinin qiymətini 4 dəfə bahalaşdırıb.

Yaşadığınız binada hətta texnoloji cəhətdən inkişaf etmiş Yaponiyada olduğu kimi tikilinin yüksək statusuna dəlalət edən lift markası görmək istəyirsiniz? “Mitsubishi” markalı liftlər sakinlərin xidmətində olacaq. Sürəti 1,75 m/san olan bu liftlər, hər mərtəbəsində maksimum 3-4 mənzil olan “Renessans Palace” yaşayış kompleksinin sakinlərini lift qayğısından azad edəcək. Bu liftlər, həm yüksək sürəti ilə vaxta qənaət edəcək, həm də müasir interyeri ilə göz oxşayacaq.

“Renessans Palace”-da avtomobillər üçün də “mənzil” inşa edib. 3-mərtəbəli yeraltı parkinqdə həm kompleksin sakinləri, həm də qonaqları üçün kifayət qədər parkinq yeri var.

Endirimli mənzilləri həm də daxili kreditlə də əldə etmək olar. 31 mayadək davam edəcək kampaniya haqqında ətraflı məlumat aşağıdakı telefonlar vasitəsilə ala bilərsiniz.  

Tel: (+994 12) 538-29-77/78

Mob: (+994 50) 715-88-88

Reklam hüququnda

Paylaş:
515

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər