Müdafiə Nazirliyi: Qoşunlar döyüş tapşırıqlarını icra edirlər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Qoşunlar döyüş tapşırıqlarını icra edirlər – FOTO – VİDEO

17:26 - 17 / 04 / 2017
Müdafiə Nazirliyi: Qoşunlar döyüş tapşırıqlarını icra edirlər – FOTO – VİDEO

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.

Babək Cahandarov

 

Paylaş:
620

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər