Bu il SOCAR-ın təbii qaz hasilatı 1,5 milyard kubmetrə yaxın olub
Cari ilin martında SOCAR-ın təbii qaz hasilatı 504,4 milyon kubmetr olub. Keçən ay ölkə üzrə qaz istehsalı isə ümumilikdə 2 milyard 201,3 milyon kubmetr təşkil edib.
1news.az-a SOCAR-dan verilən xəbərə görə, bu ilin yanvar-mart aylarında SOCAR-ın təbii qaz hasilatı 1 milyard 462,7 milyon kubmetr, ölkə üzrə qaz istehsalı isə 6 milyard 896 milyon kubmetr təşkil edib.
1news.az
570