ANAMA: Cocuq Mərcanlıda gün ərzində 995 qəlpə və tank əleyhinə minanın partladıcısı aşkar edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Cocuq Mərcanlıda gün ərzində 995 qəlpə və tank əleyhinə minanın partladıcısı aşkar edilib - FOTO

21:40 - 17 / 04 / 2017
ANAMA: Cocuq Mərcanlıda gün ərzində 995 qəlpə və tank əleyhinə minanın partladıcısı aşkar edilib - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 995 qəlpə və tank əleyhinə iki “TM-57” minasının partladıcısını (MVZ-57) aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 33 min 444 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, 59 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi yeddi partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 890 min 124 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 17-dək 5130 partlamamış hərbi sursat, tank əleyhinə 83 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib.

Ümumilikdə 1 milyon 947 min 88 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər