Ölkələrin əksəriyyəti neft hasilatının azalmasına dair razılaşmanın müddətini uzatmaq istəyir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ölkələrin əksəriyyəti neft hasilatının azalmasına dair razılaşmanın müddətini uzatmaq istəyir

11:09 - 17 / 04 / 2017
Ölkələrin əksəriyyəti neft hasilatının azalmasına dair razılaşmanın müddətini uzatmaq istəyir

Neft hasilatının azalmasına dair razılaşmanın iştirakçısı olan dövlətlərin əksəriyyəti onun müddətini uzatmaq istəyir.

1news.az İSNA-ya istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Zanqani deyib. O bildirib ki, əgər iştirakçılar belə bir qərar qəbul etsə, İran öz növbəsində dəstək verməyə hazırdır.

Qeyd edək ki, OPEC-in ötən ilin noyabarında keçirilən iclasında sutkalıq neft hasilatını 1,2 milyon barel azaldırmasına dair razılaşma əldə edilib.  Dekabrın 10-da isə OPEC üzvü olmayan 11 ölkə hasilatın azaldılmasına qərar verib. Azərbaycan da razılaşmaya qoşulub.

Razılaşmanın müddəti bu ilin birinci yarısında başa çatır.

Pərvanə Sultanova

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər