“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz səkkizinci cildi çapdan çıxıb | 1news.az | Xəbərlər
Siyasət

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz səkkizinci cildi çapdan çıxıb

12:40 - 17 / 04 / 2017
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz səkkizinci cildi çapdan çıxıb

“Mən həmişə demişəm ki, Qafqaz vahid bir orqanizmdir. Şimali Qafqazda, Cənubi Qafqazda baş verən proseslərlə sıx bağlıdır. Biz hamımız çalışmalıyıq ki, bölgəmizdə, bu gözəl Qafqaz bölgəsində sülh, əmin-amanlıq, tərəqqi təmin edilsin, insanlar sülh, rifah şəraitində yaşasınlar və ölkələrimiz inkişaf etsin, çiçəklənsin. Biz buna ancaq birlikdə nail ola bilərik.

Birgə səylərimizlə, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında, bir-birimizə kömək etməklə biz buna nail ola bilərik. Azərbaycan öz tərəfindən bu istiqamətdə üzərinə düşən vəzifələri ləyaqətlə icra edir”.

Yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 38-ci cildində yer alan bu fikirləri dövlətimizin başçısı 2009-cu ilin noyabrında Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2009-cu ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu cildində dövlətimizin başçısının Moldovaya səfəri çərçivəsində keçirdiyi görüşlərə, Kişineuda MDB Dövlət Başçıları Şurasının iclasında iştirakına, Moldovada Azərbaycan Televiziyasına müsahibəsinə, İordaniyaya, İsveçrəyə səfərlərinə, İsveçrədə Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışında iştirakına, Belarusa və Bolqarıstana səfərlərinə dair materiallar və məktubları yer alıb. Kitabda Azərbaycan Prezidentinin Qazaxıstan, Türkiyə, Qırğızıstan və Sloveniya prezidentlərinin ölkəmizə səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlarına, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar da toplanıb.

Dövlətimizin başçısının Azərbaycana səfər etmiş Çexiya, Slovakiya, Pakistan, ABŞ, İran, Türkiyə, Bolqarıstan, Gürcüstan, Belarus, Rusiya və digər ölkələrin, Avropa İttifaqının, ATƏT-in, Dünya Bankının və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da nəşrin bu cildində yer alıb.

Kitaba, həmçinin Prezident İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakına dair informasiyalar, Azərbaycanda Rus İcmasının III qurultayının və ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlərin iştirakçılarına müraciətləri daxil edilib.

Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Bu cilddə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı nitqləri, habelə İsmayıllı, Ağsu və Yevlax rayonlarına səfərləri, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşləri, təhsil və sənaye müəssisələrinin açılışında iştirakı, paytaxtımızda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığı, məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirakı barədə informasiyalar toplanıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 38-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC

Paylaş:
517

Son xəbərlər

Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24
Bütün xəbərlər