Meteoroloqlardan xəbərdarlıq: hava şəraiti yenidən dəyişəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: hava şəraiti yenidən dəyişəcək

13:36 - 18 / 04 / 2017
Meteoroloqlardan xəbərdarlıq: hava şəraiti yenidən dəyişəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 19-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam  qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək,   günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-12, gündüz 20-25, Bakıda gecə 9-11, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758 mm civə sütunu,  nisbi rütubət  gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən gilavar küləyinin xəzri küləyinə keçməsi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, aprelin 20-də meteoroloji amillərin  zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Meteoroloqların xəbərdarlığına görə, aprelin 19-da bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Babək Cahandarov

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər