Dövlət Neft Fondu ilin ilk rübü üçün gəlir və xərclərini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondu ilin ilk rübü üçün gəlir və xərclərini açıqlayıb

16:17 - 18 / 04 / 2017
Dövlət Neft Fondu ilin ilk rübü üçün gəlir və xərclərini açıqlayıb

Cari ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 272,5 milyon manat, büdcə xərcləri isə 3 847,5 milyon manat təşkil edib. 

Fonddan 1news.az-a verilən məlumata görə, ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 899,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 894,4 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 4,6 milyon manat  təşkil edib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 milyon manata bərabər olub. 

Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 525,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat vəsait ayrılıb.

2,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 279,0 milyon manat Mərkəzi Banka transfert edilib.

Cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar xərci 873,9 milyon manat təşkil edib. 

2017-ci il aprelin 1-nə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 0,18% artaraq 33 207,2 milyon ABŞ dollarına bərabər olub. Sözügedən artıma ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən Avro, Rusiya rublu, ingilis funt sterlinqi valyutalarının), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə səhm və qızıl portfellərinin) əhəmiyyətli müsbət təsir göstərib.

Babək Cahandarov

Paylaş:
642

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər