Bakıda polis xidmət zamanı bıçaqlanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polis xidmət zamanı bıçaqlanıb - VİDEO

10:20 - 18 / 04 / 2017
Bakıda polis xidmət zamanı bıçaqlanıb - VİDEO

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

1news.az “Report” xəbər verir ki, bıçaqlanan şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşı, 1988-ci il təvəllüdlü kiçik çavuş Orucov Eldar İmamverdi oğludur.

Hadisə polis əməkdaşları Post Patrul Xidməti maşını ilə əraziyə baxış keçirən zaman baş verib. Polislər qəsəbədə şübhəli "Lada Qrant" markalı avtomobil görərək ona yaxınlaşıblar. İnsident maşında oturan 4 nəfərdən sənədlərini təqdim etmələri tələb olunduğu zaman baş verib. Naməlum şəxslərdən biri arxa qapıdan düşərək E.Orucovun bud nahiyəsinə bıçaq zərbəsi endirib.

Maşında olanlardan yalnız birini tutmaq mümkün olub. Hazırda digər üç nəfərin axtarışı davam etdirilir.

Yaralı DİN-in hospitalına yerləşdirilib.

1news.az

 

 

Paylaş:
881

Son xəbərlər

Bütün xəbərlər