Bahar Muradova: Türkiyədə bütün qərarlar xalqın gələcəyə yönəlmiş hədəflərinə xidmət edir | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: Türkiyədə bütün qərarlar xalqın gələcəyə yönəlmiş hədəflərinə xidmət edir

10:34 - 18 / 04 / 2017
Bahar Muradova: Türkiyədə bütün qərarlar xalqın gələcəyə yönəlmiş hədəflərinə xidmət edir

“Hər şeydən əvvəl Türkiyə vətəndaşlarını, xalqını ümumxalq səsverməsinin nəticələri münasibətilə təbrik etmək lazımdır”.

1news.az-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, hansı hissənin hansı mövqe sərgiləməsindən asılı olmayaraq ortada olan və hər kəsə yəqin olan həqiqət bundan ibarətdir ki, Türkiyədə bütün qərarlar xalqın əksəriyyətinin iştirakı ilə qəbul edilir və xalqın gələcəyə yönəlmiş hədəflərinə xidmət edir:

“Düşünürəm ki,  əldə olunmuş nəticə türk seçicilərinin vətəndaşlarının qərarıdır və bu da nəzərə alınmalıdır. Biz həm daxildə, həm də xaricdə türk vətəndaşlarının çox qızğın müzakirələrinin şahidi olduq. Nəticə ortadadır. Hədəfə nail olundu. Referendum yüksək səviyyədə keçirildi. Bütün demokratik standartlara uyğun şəkildə qərar verildi.

İndi artıq bu qərarın yerinə yetirilməsi prosesini müşahidə etmək qalır. Əminəm ki, Türkiyənin siyasi iqtidarı, Ərdoğan və bütün qərarlarda xalqın dəstəyini alan AKP bundan sonra xalqa vəd etdiyini həm daxildən möhkəmlətmək, həm xarici tərəfdaşlar və müttəfiqləri onu o qədər sevməyən “dostları” ilə münasibətdə Türkiyənin əsas maraqlarını rəhbər tutaraq bu qərarın verdiyi üstünlüklərdən yaralanacaq”.

Pərvanə Sultanova

 

Paylaş:
668

Son xəbərlər

Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24
Bütün xəbərlər