Sevimli Bala ad günü münasibəti ilə möhtəşəm konsert təşkil edib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevimli Bala ad günü münasibəti ilə möhtəşəm konsert təşkil edib – FOTO – VİDEO

11:49 - 18 / 04 / 2017
Sevimli Bala ad günü münasibəti ilə möhtəşəm konsert təşkil edib – FOTO – VİDEO

Martın 16-da Səməd Vurğun adına Rus Dram Teatrında Sevimli Bala layihəsinin 3 illiyinə həsr olunan konsert baş tutub.  Bayram konserti Sevimli Bala klubları şəbəkəsinin peşəkarlar komandası tərəfindən təşkil olunub və ən yaxşı şagirdlərin iştirakı ilə keçirilib. 

Tədbir teatrın foyesində Art-sinifi və “Gənc Modelyer” dəb kursu şagirdlərinin işlərindən ibarət olan kiçik bir sərgi ilə başlayıb. Sərgi zamanı qonaqlar gənc istedadların gözəl əsərlərinə və itilənmiş ustalıqlarına tamaşa edə biliblər. Qonaqları maraqlı və rəngarəng konsert proqramı  gözləyirdi: Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycanın Xalq artisti Təranə Muradova və Dövlət rəqs ansamblının solistləri İnarə Zeynalovanın və Gülməmməd Şahverdiyevin rəhbərliyi altında rəqs tamaşaları, xoreoqraf və Prezident təqayüdçüsü Çinarə Quliyevanın şagirdlərinin balet tamaşaları, bədii gimnastika üzrə İdman ustası Nigar Mısin rəhbərliyi altında gənc gimnastların rəqsləri, Azərbaycanın Əməkdar artisti Nargilə Qəribovanın rəhbərliyi altında KiddoZ uşaq model məktəbin tələbələrinin aktyor sənəti üzrə tamaşa quruluşu, dizayner Nadiya Taziyevanın rəhbərliyi altında "Gənc Modelyer" dəb kursunun istedadlı şagirdlərinin dəb nümayişi.

Xoreoqraf Ramil Məmmədlinin Hip-Hop sinifinin çıxışı, Səidə Xeyirbəyova və Zuxra Sadıqovadan etiket dərsləri alan şagirdlərin mahnısı və Mikayıl Rəfiyevin vokal dərsləri üzrə tələbələrinin ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Bayram çox xoş, mehriban ab-havada keçdi və bütün komanda səhnəyə çıxaraq Sevimli Bala himnini oxumaqları ilə başa çatdı.

Sevimli Bala layihəsi 2014-cü ilin aprelində böyüyən nəslin inkişafına və tərbiyəsinə töhfə vermək məqsədilə yaradılıb. Sevimli Bala şəbəkəsinin ilk klubu 2014-cü ilin may ayında açılıb və mental arifmetika, şahmat, uşaq elmi laboratoriyalar, xarici dillər və s. kimi əlavə dərslərin geniş spektrini təqdim edir. 2016-cı ilin oktyabrında şəbəkənin Talent Studio by Sevimli Bala adlı ikinci klubu açılıb. Burada müxtəlif növ rəqs, rəssamlıq, modelləşdirilmə dərslərinin vasitəsilə uşaqların yaradıcılıq potensialı inkişaf etdirilir.

Şəbəkənin Baby-Club adlı sonuncu klubu 2016-cı ilin dekabrında açılıb və Rusiyanın  məşhur “Бэби-Клуб” şəbəkəsinin Azərbaycanda ilk  filialıdır. Bu klubun fəaliyyəti 8 aydan 7 yaşadək olan uşaqların 10 intellektinin inkişafına yönəldilib. Tədbirlərin təşkili, sosial layihələr və onlarda iştirak - Sevimli Bala üçün ən əhəmiyyətli bəndlərdən biridir. İDEA və ASAN Xidmətlə birlikdə təşkil edilən sosial layihələr, Sevimli Bala fəaliyyətinin mühüm hissəsidir.

Sevimli Bala haqda daha ətraflı məlumatı Facebook, Instagram sosial şəbəkələrindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
1838

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər