Azay Quliyev: Minsk qrupunun həmsədrləri hesabat verməlidirlər | 1news.az | Xəbərlər
Siyasət

Azay Quliyev: Minsk qrupunun həmsədrləri hesabat verməlidirlər

11:54 - 18 / 04 / 2017
Azay Quliyev: Minsk qrupunun həmsədrləri hesabat verməlidirlər

“ATƏT PA-da münaqişələrlə bağlı mühim sənədər qəbul olunub. Ancaq  düşünürük ki, bizə bununla bağlı konkret addımlar, konkret qərarlar lazımdır”.

1news.az-ın məlumatına görə, bunu qurumun vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib. O bildirib ki, ATƏT PA  ATƏT-in bu istiqamətdə göstətdiyi fəaliyyəti təftiş etməli, Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir:

“Həmsədrlərdən  münaqişənin hələ də niyə həll olunmamasını soruşmalıdırlar. Niyə hələ də təmas xəttində mülki insanlar, Azərbaycan əsgərləri həlak olurlar? Ona görə də ötən ay Milli Məclisin spikeri Oqtay Əsədov Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində ATƏT PA-nın prezidenti Kristine Muttonen ilə görüşündə məsələ qaldırdı ki, Minsk qrupunun həmsədrləri ATƏT PA-nın növbəti sessiyalarının birinə dəvət olunsun və hesabat versin.

Biz həm də Minsk qrupu ölkələrinin parlament üzvlərinin görüşünün keçirilməsini planlaşdırırıq və bu toplantıda  münaqişənin həll olunmasını müzakirə edəcəyik”.

Pərvanə Sultanova

Paylaş:
1074

Son xəbərlər

Bütün xəbərlər