Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, mövcud reqlamentə uyğun keçirilmiş iclasda Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icra vəziyyəti, şuranın işçi qruplarının 2017-cı il üçün fəaliyyət planı və digər məsələlər müzakirə edilib.
İclası giriş sözü ilə açan İctimai şuranın sədri Mayis Əliyev ictimai nəzarətin daha səmərəli şəkildə təmin olunması məqsədi ilə şuranın fəaliyyəti, sosial təminat sistemində ictimai iştirakçılığın məqsədləri, prinsip və formaları barədə ətraflı məlumat verib.
Sonra ölkə Prezidentinin qeyd olunan Sərəncamının icra vəziyyəti barədə İctimai şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupunun üzvi Mirzə Məmməd-Vəliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov məruzə ilə çıxış ediblər.
İclasda məruzələr ərtafında müzakirələr aparılıb. Şuranın sədr müavini, Əlil Təşkilatlatları İttifaqının sədri Davud Rəhimli, şuranın üzvlərdən “Azərbaycan “Milli Qeyri-Hökumət Təşkilatları” Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov, “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqa Rəhimova, “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin icraçı-direktoru Tələt Qəribov və başqaları çıxış edərək əmək və məşğulluq, eləcə də əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmini ilə bağlı öz təklif və tövsiyələrini ifadə ediblər.
Sonra şuranın işçi qruplarının 2017-cı il üçün fəaliyyət planı müzakirə edilərək təsdiq olunub.
Babək Cahandarov