“Sürücü “zombi” olmamalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sürücü “zombi” olmamalıdır”

15:15 - 19 / 04 / 2017
“Sürücü “zombi” olmamalıdır”

“Dövlət işçiləri, məmurlar nə qədər səy göstərsələr də, vətəndaşlar onlara dəstək olmazsa, öz şüurunda doğma şəhərini sevməzsə, bizim əməyimiz boşa gedəcək”.

1news.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli APA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində sərnişin nəqliyyatı ilə məşğul olmaq istəyən sahibkarlara, avtobuslara, qarajlara, sürücülərə, taksilərə və taksi sürücülərinə dair tələblər artıq formalaşıb və işlər yekunlaşıb:

“Bu tələbləri biz müvafiq dövlət qurumlarına da göndərmişik. Ümid edirik ki, onlardan yaxın günlərdə cavab gələcək və bundan sonra biz bu tələbləri açıqlayacağıq.

Mən bəzi tələbləri açıqlaya bilərəm. Məsələn, sahibkar qarajı olmadan avtobus, ictimai nəqliyyat vasitələrinin istismarı ilə məşğul ola bilməz, sahibkarın balansında avtobus olmalıdır.

Bundan başqa, 1 avtobusa düşən sürücünün əmsalı müəyyənləşib. Bizim tələbimiz ondan ibarətdir ki, 1 avtobusa 2,3 - 2,7 sürücü düşsün. Başqa sözlə, bir avtobusu bir sürücü səhər saat 06:00-dan 00:00-a kimi idarə etməməlidir, sürücü "zombi" olmamalıdır. Bizim əsas problemimiz budur”.

Baş direktor qeyd edib ki, bununla yanaşı, avtobuslar "Bakıkart"a keçməlidirlər:

“Artıq Bakı şəhərində 450 avtobusda “Bakıkart”dan istifadə olunur. Bu sistemə keçid uzun müddət yubanırdı. Nəhayət, biz buna nail olduq. Ən sevindirici hal isə odur ki, biz bu sistemi metro ilə inteqrasiya etdik. Gələcəkdə isə bunu ümumilikdə çoxfunksiyalı karta çevirmək istəyirik. Məqsədlərdən biri odur ki, vətəndaşlarımız artıq bu kartdan muzeydə və digər ictimai yerlərdə istifadə edə bilsin.

İstəmirəm ki, biz azərbaycanlı olaraq Avropaya gedən zaman deyək ki, “Avropa elədir, Avropa belədir”. Avropanı Avropa edən insanlarıdır. Biz də eynilə öz vətənimizi, öz paytaxtımızı sevməli və o səviyyəyə qaldırmalıyıq.

Əgər bu gün bir vətəndaşımız çörək almaq üçün yolun hərəkət hissəsində avtomobilini saxlayır və qəza-durma işığını yandırırsa... Sanki bu işıqlar yandırdınsa, vəssalam, gözəgörünməz olursan! Bu cür insanlar digər yol-hərəkət iştirakçılarına problem, maneə yaratdıqlarını anlamırlar. Bu insanlar 3 hərəkət zolağı olan yolun bir zolağını zəbt edir və iki hərəkət zolağı olan yola çevirir. Bu, özündən başqasını düşünməmək deməkdir. Buna DYP və ya BNA nə etsin? Məhz bu cür halların qarşısını almaq üçün cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır”.

Fərid Ədalət

Paylaş:
541

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər