“Qərbi Abşeron” yatağı üçün 10 saylı özülün tikintisi davam etdirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Qərbi Abşeron” yatağı üçün 10 saylı özülün tikintisi davam etdirilir

19:40 - 19 / 04 / 2017
“Qərbi Abşeron” yatağı üçün 10 saylı özülün tikintisi davam etdirilir

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qərbi Abşeron” yatağı üçün yeni 10 saylı stasionar dəniz özülünün tikintisi uğurla davam etdirilir.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir. 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 9 dayaq bloku üzərində yığılacaq və dənizin 13,5 metr dərinliyində yerləşdiriləcək.

Ümumi sahəsi 3480 kvadrat metr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən, o cümlədən 4 minik meydançası, 7 yanalma meydançası, 9 aralıq seksiyasından ibarət olacaq. İstehsalat və yaşayış sahələri 2 piyada körpüsü vasitəsi ilə bir-birinə birləşdiriləcək. Özülün tikintisi üçün 2113 ton metal sərfi nəzərdə tutulub.

Artıq dayaq blokları, aralıq seksiyaları, piyada körpüləri, minik və yanalma meydançaları, çirkab suları üçün çənlər, eləcə də qülləaltı postamentin hərəkət yolları quraşdırılıb, 54 svayın və quyu istiqamətləndiricilərinin hamısı vurulub.

Avadanlıqaltı şit və artezian nasoslarına xidmət meydançası tikilib, qaynaq və bərkitmə işləri tamamlanıb. Yanğınsöndürmə, yanacaq və içməli su xətlərinin çəkilişi yekunlaşmaq üzrədir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir. 

Qeyd edək ki, 10 saylı özüldən qazılacaq quyulardan ümumilikdə sutkada 1200-1500 ton neft hasil olunacağı gözlənilir.

1news.az

Paylaş:
849

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər