Bakıda kafedə cinayət - Qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kafedə cinayət - Qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb

09:56 - 19 / 04 / 2017
Bakıda kafedə cinayət - Qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb

Bakıda kafedə xidmətçi işləyən qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən "Mor-Mor" kafesində xidmətçi işləyən 1984-cü il təvəllüdlü Hümbətəliyeva Tərgül Məzahir qızı müştəri tərəfindən bıçaqlanıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

T.Hümbətəliyeva polisə ifadəsində bildirib ki, o, 4 aydır qeyri-rəsmi nikahda yaşadığı (həmin şəxsin adı hələlik açıqlanmır) kişi tərəfindən bıçaqlanıb.

Faktla bağla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər