Cəlilabadda ev əşyaları ilə birgə yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda ev əşyaları ilə birgə yanıb

22:47 - 19 / 04 / 2017
Cəlilabadda ev əşyaları ilə birgə yanıb

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Privolnoye kəndində ümumi sahəsi 105 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 85 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
596

Son xəbərlər

Bütün xəbərlər