"Nəcib Məhfuz oxucuların gözü ilə..." müsabiqəsinin qalibləri mükafatlandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

"Nəcib Məhfuz oxucuların gözü ilə..." müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:13 - 19 / 04 / 2017
"Nəcib Məhfuz oxucuların gözü ilə..." müsabiqəsinin qalibləri mükafatlandırılıb

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində dünya şöhrətli yazıçı, “ərəb romanının əmiri” sayılan Nəcib Məhfuzun yaradıcılığına həsr olunan "Nəcib Məhfuz oxucuların gözü ilə..." adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə çıxış edən Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müidiri Əhməd Sami Elaydi yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Nobel mükafatı laureatı Nəcib Məhfuzun azərbaycanlı gənclərə, eləcə də qələm adamlarına tanıdılmasıdır.

Həmçinin, Azərbaycan mədəniyyəti və incəsənətinin Misirdə təbliğ edilməsi, Azərbaycan ədiblərinin ərəb oxucusuna tanıdılması üçün geniş imkan yaratdıqlarını söyləyən Ə.Sami öz ölkəsində “Azərbaycan ədəbiyyatı antologiyası”nın nəşr olunduğunu diqqətə çatdırıb.

Tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra mövzu ətrafında çıxış edənlər Yaxın Şərqin Balzakı adlandırılan Nəcib Məhfuzun 34 roman və 350-dən çox hekayəsinin şərq, eləcə də dünya ədəbiyyatına əvəzsiz töhfəsindən danışıblar.

Münsiflər heyətini təmsil edənlər - filologiya elmləri doktoru Vaqif Sultanlı, yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı, ədəbiyyatşünas Cavanşir Yusifli müsabiqənin böyük əhəmiyyət daşıdığını bildiriblər. Dünya sivilizasiyanın qədim daşıyıcıları olan Azərbaycan və Misir mədəniyyətinin təbliğində belə müsabiqələrin böyük rol oynadığını bildiriblər.

Sonda I, II, III, yerin qaliblərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Pərvanə Sultanova

 

Paylaş:
744

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər