“TIBO 2017” sərgisində Azərbaycanın telekommunikasiya sahəsindəki yenilikləri nümayiş etdirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“TIBO 2017” sərgisində Azərbaycanın telekommunikasiya sahəsindəki yenilikləri nümayiş etdirilir

23:56 - 19 / 04 / 2017
“TIBO 2017” sərgisində Azərbaycanın telekommunikasiya sahəsindəki yenilikləri nümayiş etdirilir

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən “TIBO-2017” beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxildir.

Tədbirin açılış mərasimində Belarus Respublikası baş nazirinin birinci müavini Vasili Matruşevski, bu ölkənin rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, beynəlxalq təşkilatların və eləcə də digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.

Sərgidə təşkil olunan tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.

Ənənəvi olaraq hər il keçirilən sərgi telekommunikasiya, bank və ofis texnologiyaları sahəsi üzrə ixtisaslaşıb.

Sərgidə informasiya və kommunikasiya texnologiyaları sahəsində proqram təminatı, bank texnologiyaları, istehlakçı elektronikası üzrə yerli və əcnəbi şirkətlərin ən son nailiyyətləri nümayiş olunur.

Builki sərgidə son nəsil ofis kompüterləri, “5G” texnologiyası, “elektron hökumət” və “ağıllı” əşyalar kimi tətbiqlər nümayiş etdirilir. Sərgidə 18 ölkədən (Belarus, Rusiya, Qazaxıstan, Azərbaycan, Litva, Latviya, Polşa, Çexiya, Almaniya, Avstriya, Finlandiya, İsveç və s.) 100-dən çox şirkət iştirak edir.

Sərgi çərçivəsində müxtəlif mövzular üzrə 15 “dəyirmi masa” keçiriləcək.

Qeyd edək ki, 1994-cü ildən keçirilən “TIBO” Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

1news.az

Paylaş:
695

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər