Beynəlxalq Muğam Mərkəzində gənc istedadların konserti keçirilib – FOTO
Dünən Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin konserti keçirilib.
1news.az-ın məlumatına görə, konsertdə XI sinif şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Maqsudova Qəmərtac, Yeşildağ Aydan, Daşdəmirov Ruslan, Cavadvənd Xəyalə, Ağayeva Kamilla, Əbilova Gülgün, Dadaşov Ruhulla, Məmmədzadə İsa, İsayeva Ceyran, Rüstəmli Aytən, Bağırov Nicat, İsayeva Yekaterina, Xələfov Elxan, Zeydullayev Aydın, Sadıqov Kənan, Rəşid Behbudov, Əsədova Ləman, Bağırov Səid, Abdullayeva Nərmin, Hüseynov Əli və Məmmədli Bəhramın çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Onların ifasında Nazim Əliverdibəyovun “Vals -skertso”, Edvard Qriqin “Alleqro” , Nikollo Paqanininin “Kapris № 20”, İ.S.Baxın “Alleqro”, Əziz Əzizovun “İki prelüd”, Adil Gərayın “Səfikürd”, Ferens Listin “Lauranın ruhu kimi”, Fredrik Şopenin “Etüd №12”, Sərdar Fərəcovun “Unutma”, Henri Eklsin “Alleqro”, Corc Gerşvinin “Sevgilim”, Aleksandr Skryabinin “Etüd”, İlham Abdullayevin “Payız”, Tofiq Bakıxanovun “Xəzər balladası”, Fredrik Şopenin “Etüd”, Frits Kreyslerin “Çin tamburini”, Bella Kouçun – “Macar xalq rəqsi və variasiyaları”, Nərmin Abdullayevanın 3 prelüdü və Süleyman Ələsgərovun “Şoloxo” əsərləri ifa edilib.
İfalar piano, tar, kamança, violin, kontrabas, qanun alətlərində səslənib.
Konsertin sonunda tamaşaçılar konsertdən razılıqlarını səhnəyə çıxan bütün iştirakçıları gur alqışlamaqla ifadə ediblər.
Babək Cahandarov