“ABAD”ın rəsmi internet səhifəsi fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“ABAD”ın rəsmi internet səhifəsi fəaliyyətə başlayıb

17:15 - 20 / 04 / 2017
“ABAD”ın rəsmi internet səhifəsi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin rəsmi internet səhifəsi - www.abad.gov.az fəaliyyətə başlayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yeddi bölmədən ibarət səhifədə ABAD-ın təqdim etdiyi məhsullar, publik hüquqi şəxslə əməkdaşlıq edən şəxslər, təqdim olunan xidmətlər, yaradılmış brendlər haqqında məlumat əldə etmək olar.

“Məhsullar” bölməsində “ABAD” tərəfindən dəstək göstərilən ərzaq məhsullarının istehsalı, yaxud dekorativ-tətbiqi sənətkarlıq sahəsində çalışan ailələrin satışa çıxarılmış məhsulları, satış şəbəkələri barədə məlumat yer alıb.

“ABADçılar” bölməsində “ABAD”a qoşulmuş ailə biznesləri, “Brendlər” bölməsində isə yaradılmış ailə brendləri haqqında ətraflı məlumat verilib.

Həmçinin, “ABAD”a üzv olmaq, əməkdaşlıq etmək üçün xüsusi “ABADçı OL” bölməsi yaradılıb. Bu bölməyə daxil olan şəxslər fəaliyyət göstərdiyi sahə, öz təsərrüfatları, mövcud imkanları haqqında məlumatları daxil edərək, “ABAD”a sorğu-müraciət göndərəcəklər.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

Babək Cahandarov

 

 

Paylaş:
514

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər