Azərbaycanın investisiya imkanları BƏƏ iş adamlarına təqdim edilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları BƏƏ iş adamlarına təqdim edilib – FOTO

18:38 - 20 / 04 / 2017
Azərbaycanın investisiya imkanları BƏƏ iş adamlarına təqdim edilib – FOTO

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində “DP World Group” şirkətinin rəhbərliyi ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasına məsləhət xidməti göstərən BƏƏ-nin “DP World Group”un gördüyü işlər barədə məlumat verilib, məsləhət xidmətləri üzrə təqdimat keçirilib, sənaye və logistika infrastrukturu üçün Baş Plan, Zonanın inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri və s. barədə müzakirələr aparılıb.

Sonra Azərbaycan nümayəndə heyəti BƏƏ-nin “VPS Healthcare” şirkətinin rəhbərliyi ilə görüşüb.

İqtisadiyyat naziri, Azərbaycan və BƏƏ hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Ş.Mustafayev hazırda Azərbaycanda əczaçılıq sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradıldığını və artıq parkda 2 dərman istehsalı zavodunun tikintisinin aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, bununla belə əczaçılıq sahəsinə maraq göstərən digər şirkətlərlə danışıqlar davam etdirilir.

Azərbaycanda səhiyyə sahəsinə investisiya yatırılması, o cümlədən birgə əczaçılıq müəssisəsinin yaradılması imkanları barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə bu ilin fevral ayında "VPS Healthcare" şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında Anlaşma Memorandumunun imzalandığı vurğulanıb, hazırlıq işlərinin tezliklə başa çatdırılması və əczaçılıq müəssisəsinin təməlinin qoyulması məsələsi müzakirə edilib. Görüşdə “VPS Healthcare” şirkəti ilə səhiyyə sahəsində digər əməkdaşlıq imkanları da müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin üzvləri "VPS Healthcare" şirkətinin Dubayda yerləşən səhiyyə müəssisəsində və dərman istehsalı zavodunda olub, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar. Məlumat verilib ki, səhiyyə sahəsində dünyada tanınmış şirkətlərdən olan "VPS Healthcare" şirkətinin 20 ixtisaslaşmış xəstəxanası, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Hindistanda 13 brenddə xəstəxana və sağlamlıq mərkəzləri, Dubayda  əczaçılıq zavodu, Hindistanda stomatologiya kolleci və s. fəaliyyət göstərir. Ümumilkdə, "VPS Healthcare" şirkətinin 100 tibb müəssisəsi vardır. Şirkətin daha bir əczaçılıq zavodu Əbu Dabidə tikilir. Şirkətin dərman zavodunun məhsulları Asiya, Avropa, Şimali və Cənubi Amerikaya ixrac olunur.

Həmin gün Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarının iştirakı ilə biznes forum keçirilib. Dubay Ticarət və Sənaye Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, qida, tikinti, maliyyə, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə Azərbaycanın və BƏƏ-nin iqtisadiyyat nazirliklərinin, Dubay Ticarət və Sənaye Palatasının nümayəndələri çıxış edib, Azərbaycanın investisiya imkanlarının təqdimatı keçirilib. Forumda Azərbaycanın siyasi cəhətdən sabit, güclü iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə, əlverişli tranzit imkanlarına malik, investisiya qoyuluşu üçün cəlbedici ölkə olduğu vurğulanıb.

Tədbirdə BƏƏ iş adamları Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmaqla sənaye, kənd təsərrüfatı, İKT, turizm kimi prioritet sahələrə sərmayə yatırmağa dəvət edilib. Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Sonra Azərbaycan şirkətlərinin təmsilçiləri BƏƏ-nin “Lulu” marketlər şəbəkəsində olub və marketlər şəbəkəsinin rəhbərliyi ilə görüşüblər. Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların BƏƏ və Körfəz ölkələrində yerləşən “Lulu” marketlər şəbəkəsinin ticarət obyektlərində satışı barədə müzakirələr aparlılıb.

Qeyd edilib ki, məhsullarımıza BƏƏ-də böyük maraq var, artıq Azərbaycan alması və müxtəlif çeşiddə kompotlarımız “Lulu” marketlər şəbəkəsində satışdadır. Məlumat üçün bildirək ki, “Lulu” marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.

Azərbaycan iş adamları həmçinin, BƏƏ-nin “Union Cop” mağazalar şəbəkəsində olub və şirkət rəhbərliyi ilə görüşüblər. Görüşdə Azərbaycan məhsullarının, xüsusilə də meyvə-tərəvəzin “Union Cop” mağazalar şəbəkəsində satışına dair müzakirələr aparılıb. Qeyd edilib ki, artıq bəzi Azərbaycan məhsullarının “Union Cop” mağazalar şəbəkəsində satışı həyata keçirilir. Bununla belə, Azərbaycan məhsullarına maraq böyükdür.

1news.az

Paylaş:
670

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər