Neft yenidən bahalaşmağa başlayıb
Dünya bazarlarında neftin qiyməti yenidən artmağa başlayıb.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 faiz artaraq 50,58 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,40 faiz artaraq 53,14 dollar olub.
Babək Cahandarov
762