Unibank-ın 10.000 AZN-lik lotereyasının qalibləri məlum oldu
Unibank-ın uduş fondu 10.000 AZN olan “Bahar lotereyası” 184 nəfərə sevinc bəxş edib.
Onminlərlə müştəri 757 mindən çox şanslı lotereyada iştirak edib. Lotereyanın qalibləri xüsusi komissiyanın iştirakı ilə kompüter seçmə üsulu ilə seçilib.
Qaliblər aşağıdakı qaydada pul mükafatı əldə ediblər:
- 1 nəfər 1000 AZN
- 3 nəfər 500 AZN
- 30 nəfər 100 AZN
- 50 nəfər 50 AZN
- 100 qalib 20 AZN
Xatırladaq ki, “Bahar lotereyası” çərçivəsində martın 4-dən aprelin 10-dək Unibank-ın kartı və Unibank Mobile-la həyata keçirilən bir çox əməliyyatlar iştirak şansı qazanıblar. Hər 10 AZN-lik əməliyyat bir şans sayılıb.
Unibank - hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.