Bəhruz Həsənov: Bəzi müsəlman ölkələrinin Ermənistanla münasibət saxlaması İslamın ruhuna ziddir
Bu gün Səudiyyə Ərəbistanı, Pakistan Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımır, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə saxlamır. Lakin bəzi müsəlman ölkələri Ermənistanla müxtəlif sahələrdə əlaqələr saxlayır ki, bu da İslamın ruhuna ziddir.
Bu fikirləri “İslam Həmrəyliyi İli” və İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirilən konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib.
Bəhruz Həsənov qeyd edib ki, Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Bu gün İslam dünyasının birliyə, mütəşəkkilliyə daha çox ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi xüsusi önəm kəsb edir.
AZƏRTAC