“Ovçular evi”nin yerində park salınır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ovçular evi”nin yerində park salınır – FOTO – VİDEO

13:34 - 21 / 04 / 2017
“Ovçular evi”nin yerində park salınır – FOTO – VİDEO

Yasamal rayonu ərazisində, Həsənbəy Zərdabi küçəsində yerləşən “Ovçular evi”nin ərazisində çoxmərtəbəli kompleksin tikintisinə dair Bakı şəhər İcra Hakimiyyətinin verdiyi icazə qüvvədən salınıb. Onun yerində park salınacaq.

1news.az-ın məlumatına görə, bu barədə “Sputnik”ə Bakı şəhər İcra Hakimiyyətinin  adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, Bakı sakinləri üçün salınacaq yeni istirahət məkanının adı "Mədəniyyət park”ı adlanlandırılacaq və onun tikintisi bir neçə aya yekunlaşacaq.

Xatırladaq ki, bir neçə gün öncə KİV-də “Ovçular evi”nin dağıdıldığı, ətrafındakı ağacların qırıldığı, onun yerində isə çoxmərtəbəli binanın tikintisinin planlaşdırıldığı ilə bağlı yayılan xəbərlər paytaxt sakinlərinin marağına səbəb olub. Mətbuatda həmçinin, bu binanın Milli Məclisin deputatları üçün nəzərdə tutulduğuna dair informasiyalar yayıldı. Lakin prezident İlham Əliyevin müdaxiləsindən sonra tikinti dayandırıldı və tikinti işlərini həyata keçirən şirkət barəsində cinayət işi açıldı. Habelə şirkət ağacların kəsilməsinə görə 130 min manat cərimələndi. Hazırda ağır texnika vasitəsilə 54 çoxillik şam ağacnın kütləvi şəkildə məhv edildiyi ərazi metal hasarla əhatəyə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raquf Mirzəyev bildirib ki, Mətbuat prospektində ağacların kütləvi şəkildə məhvinə dair məlumat nazirliyin qaynar xəttinə aprelin 13-də daxil olub: “Nazirliyin əməkdaşları əraziyə baxış keçirdikdən sonra 27 fərqli ağacın bioloji ziyan aldığını, daha 52 ağacın isə məhv edildiyini aşkarlayıblar”.

R.Mirzəyevin sözlərinə, araşdırma zamanı müəyyən edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb və “A-3 Sənaye Tikinti Korporasiyası” MMC tərəfindən orada tikinti işlərinə başlanılıb:

“Həmin şəxslər apardıqları tikinti işləri zamanı hazırda mövcud yaşıllıqların çox olmasını nəzərə almadan, qanunvericiliyə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq qaydada ekspertiza rəyi almadan ərazidə söküntü işlərinə başlayıblar. Nəticədə ərazidə yaşıllıq məhv edilib. Bu səbəbdən də "A-3 Sənaye Tikinti Korporasiyası” MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 min 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 min 760 manat cərimə kəsilib”.

Bütün bunlardan başqa, 30 min üzvü olan “Ovçular Cəmiyyəti”nin taleyi sual altında qalıb. 

Birliyin sədri Füzuli Əşrəfov bildirib ki, onlara Xaqani küçəsində yer ayrılıb: “Daha ətraflı məlumatı yaxın günlərdə paylaşacağıq”.

Babək Cahandarov

Paylaş:
863

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər