Füzulidə əkin sahəsindən tank əleyhinə minanın gövdəsi tapılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə əkin sahəsindən tank əleyhinə minanın gövdəsi tapılıb – FOTO

17:44 - 21 / 04 / 2017
Füzulidə əkin sahəsindən tank əleyhinə minanın gövdəsi tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tovuz rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli kəndində 1 əkin sahəsinə baxış keçirilib.

Nəticədə 1 ədəd tank əleyhinə TM-62M minasının boş gövdəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 670 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə  Agentlik tərəfindən 1 yanvar – 21 aprel  2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 5 132 ədəd partlamamış hərbi sursat, 107 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 104 871 kv.m ərazi (536 461 kv.m əl ilə, 602 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  852 910 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Babək Cahandarov

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər