Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib – FOTO

17:49 - 21 / 04 / 2017
Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib – FOTO

Aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Bütün üzvlərin iştirak etdikləri iclasda təşkilati məsələlərə baxılıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Müşahidə Şurasının sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev Şura sədrinin müavini, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov Şuranın katibi seçiliblər.

İclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Müşahidə Şurasının üzvlərini yeni təyinat münasibətilə təbrik edib. Əli Həsənov gənc nəslin fəal vətəndaş kimi formalaşması, fiziki və intellektual inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində Fondun üzərinə düşən vəzifələrlə bağlı tövsiyələrini verib.

Daha sonra 10-cu qrant müsabiqəsinin elan olunması ilə bağlı məsələyə baxılıb. 2012-2016-cı illərdə Fond tərəfindən keçirilmiş 9 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 3341 layihəsinin dəstəkləndiyi, onların həyata keçirilməsi üçün 19 milyon manatadək vəsaitin ayrıldığı bildirilib. Yeni elan ediləcək müsabiqə çərçivəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 13, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, “C” kateqoriyası (fərdlərin layihələri) üzrə 14 istiqamətin təklif edildiyi, layihələrin təqdim olunması üçün 21 gün müddətin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Müsabiqənin istiqamətləri sırasına yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin tanıdılması yönündə tədbirlər, gənclər arasında ixtisas seçimi və əmək bazarı haqqında məlumatlılıq səviyyəsinin artırılması, bu istiqamətdə xidmətlərin göstərilməsi, intellektual inkişafa xidmət edən televiziya proqramlarının hazırlanması, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi, sosial xidmət sahələrində könüllü fəaliyyətin təşviqi, İslam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər, Azərbaycanın təbliği və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və s. mövzular salınıb. Layihə təkliflərinin 2017-ci il aprelin 24-dən mayın 15-dək qəbul edilməsi qərara alınıb.

Qeyd edək ki, Müşahidə Şurası Gənclər Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Şuranın 9 üzvündən 5-i dövlət orqanlarını, 4-ü isə gənclər təşkilatlarını təmsil edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 mart tarixli Sərəncamı ilə aşağıdakı şəxslər Müşahidə Şurasının üzvü təyin olunublar:

Dövlət orqanlarından:

Tahir Süleymanov - Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini;

İntiqam Babayev - gənclər və idman nazirinin müavini;

Ceyhun Bayramov - təhsil nazirinin müavini;

Rafiq Bayramov - Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri;

Cavid Məmmədov - Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini.

Gənclər təşkilatlarından:

Nurəddin Mehdiyev - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri;

Mirhəsən Seyidov - “İrəli” İctimai Birliyinin sədri;

Seymur Hüseynov - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;

Seymur Orucov - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri.

AZƏRTAC

Paylaş:
780

Son xəbərlər

Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04
Bütün xəbərlər