Avropa Şurası institutlarında antiazərbaycan erməni şəbəkəsi ifşa olunub | 1news.az | Xəbərlər
Siyasət

Avropa Şurası institutlarında antiazərbaycan erməni şəbəkəsi ifşa olunub

19:52 - 21 / 04 / 2017
Avropa Şurası institutlarında antiazərbaycan erməni şəbəkəsi ifşa olunub

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin saytında (http://www.esisc.org) “İkinci hissə: Cənab X, Nils Muiznieks, Avropa Şurasının insan hüquqları üzrə komissarı” adlı analitik yazı yerləşdirilib.

Müəlliflər beş ildir Avropa Şurası Parlament Assambleyası tərəfindən seçilmiş insan hüquqları üzrə komissarın bu qurum nəzdində gizli fəaliyyət göstərən “erməni şəbəkəsi” ilə sıx əlaqələrini aydın göstərərək qurumda aparılan ikili standartlardan bəhs edir.

Yazının başlığından göründüyü kimi, mərkəz bu mövzu ilə bağlı ikinci məqaləni dərc edib. Mərkəzin apardığı tədqiqatlar nəticəsində bəlli olub ki, bir qrup ermənipərəst parlamentari beş ildir müqəddəs, bəşəri dəyər olan insan hüquqları ilə bağlı bir vəzifəni öz şəxsi maraqlarını həyata keçirmək üçün alətə çevirib. Mərkəz qurum nəzdində ikili standartların kim tərəfindən aparıldığını aydınlaşdırıb. Bu latviyalı parlamentari Nils Muiznieksdir.

Yazıda Nils Muiznieksin bu vəzifəyə düşünülərək gətirildiyi qeyd edilib. Bildirilir ki, Soros Fondu ilə əlaqəsi olan latviyalı parlamentari elə məhz bu Fondun dəstəyi ilə Avropa Şurasında belə bir mötəbər vəzifəyə gətirilib. Vəzifəyə gələndən sonra bu ermənipərəst parlamentari AŞPA-nın bütün üzvlərinə öz fikirlərini yeritmək və onları qurum nəzdində gizli fəaliyyət göstərən erməni yönümlü şəbəkəyə cəlb edərək Corc Sorosun və erməni lobbisinin siyasi mövqelərini Assambleyada tətbiq etmək istəyib.

Məqalədə N.Muiznieksin tərcümeyi-halı təqdim olunaraq onun hələ öz ölkəsində fəaliyyət göstərdiyi müddətdən Soros Fondu ilə əlaqələrinin olduğu bildirilir və Avropa Şurasının insan hüquqları üzrə komissarı vəzifəsinə gələndə bu əlaqələri gizli saxlamaqla bütün Assambleya üzvlərini aldatdığı vurğulanır. Həmçinin onun Assambleyada əlbir olduğu digər avropalı parlamentarilərin adları sadalanır.

Assambleyada bir qrup parlamentari ilə əlbir olan N.Muiznieksin məhz onların əli ilə antiazərbaycan konfransları təşkil etdiyi bildirilir və onun bu konfranslarda Azərbaycana qarşı etdiyi odlu-alovlu çıxışlar təhlil olunur.

Qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən pislənməsinə və bu təcavüzlə bağlı bir çox qərar və qətnamələr qəbul edilməsinə baxmayaraq, bu ermənipərəst parlamentari Azərbaycanı tənqid etməyi özünün əsas vəzifəsi hesab edir. O, erməni təcavüzündən heç vaxt söz açmayıb. İnsan hüquqları üzrə komissar bir dəfə də olsun bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının Ermənistan tərəfindən ciddi şəkildə pozulmasından danışmayıb, əksinə, ona göz yumub.

Yazıda təkcə Azərbaycanın deyil, digər ölkələrin də N.Muiznieksin şəxsi maraqlarının qurbanı olduğu vurğulanır.

N.Muiznieksin və Kristof Ştraserin Avropa Şurası nəzdindəki erməni şəbəkəsinin “dirijorları” olduğu qeyd edilir.

Diqqətə çatdırılır ki, son illərdə Soros Fondunun və erməni şəbəkələrinin gizli əməliyyatlarının Avropa Şurasının işlərinə xələl gətirməsi göz qabağındadır. Avropa Şurası və onun Parlament Assambleyasının işinin keyfiyyətini təmin etmək üçün bu institutlarda keçirilən debatların tam şəffaflığının təmin olunmasının əhəmiyyəti vurğulanır.

Məqalənin sonunda Avropa Şurası Parlament Assambleyasının üzvləri qurumun insan hüquqları üzrə növbəti komissarı seçiləndə diqqətli olmağa çağırılır.

AZƏRTAC

Paylaş:
669

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29
Bütün xəbərlər