Allahşükür Paşazadə Gürcüstan prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Allahşükür Paşazadə Gürcüstan prezidenti ilə görüşüb

21:13 - 21 / 04 / 2017
Allahşükür Paşazadə Gürcüstan prezidenti ilə görüşüb

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili aprelin 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəni qəbul edib.

Prezident deyib ki, Azərbaycan Gürcüstanın yaxın dostu və strateji tərəfdaşıdır. Dövlətlərimiz və xalqlarımız arasında mənəvi sahədə də möhkəm əlaqələr var: “Biz regionda sülhün və əmin-amanlığın möhkəmlənməsində dini liderlərin rolunu yüksək qiymətləndiririk və bu baxımdan sizin Gürcüstana səfəriniz mühüm əhəmiyyət kəsb edir. Gürcüstan tolerant ölkədir və dini radikalizmə, din adından istifadə edərək sabitliyin pozulmasına qarşıdır. Biz bu sahədə də birgə mübarizə aparmalıyıq”.

Prezident Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirib.

Giorgi Marqvelaşvili Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə vitse-prezident vəzifəsinin təsis edilməsini, xanım Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını demokratik dövlət quruculuğu istiqamətində mühüm hadisə və çox önəmli addım kimi dəyərləndirib. O, salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Allahşükür Paşazadə öz növbəsində Azərbaycan Prezidentinin salamlarını Gürcüstan dövlətinin başçısına çatdırıb.

QMİ sədri deyib ki, Azərbaycan tolerant ölkədir və qonşu dövlətlərlə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu gün hər iki ölkənin dini liderləri arasındakı dostluq və qardaşlıq münasibətləri bizə digər sahələrdə də əməkdaşlığı genişləndirməyə, radikalizmə, terrorizmə, din adından istifadə edənlərə qarşı birgə mübarizəyə geniş imkanlar yaradır. Şeyxülislam dinlərarası dialoqun inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, təşkil olunan beynəlxalq forumlar və konfranslar barədə geniş məlumat verib. Gürcüstanda da dini mövzularda beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı dini liderlər, konfessiya rəhbərləri arasında mütəmadi görüşlərin təşkilinin, gənclər üçün maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə regionda mövcud olan münaqişələr də diqqət mərkəzində olub və bu münaqişələrin həllində dini liderlərin rolunun artırılmasının vacibliyi qeyd olunub.

AZƏRTAC

Paylaş:
629

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29
Bütün xəbərlər