Mehriban Əliyeva: “IV İslam Həmrəyliyi Oyunları ölkəmizin tarixində növbəti qələbə kimi qalacaq” | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva: “IV İslam Həmrəyliyi Oyunları ölkəmizin tarixində növbəti qələbə kimi qalacaq”

21:25 - 21 / 04 / 2017
Mehriban Əliyeva: “IV İslam Həmrəyliyi Oyunları ölkəmizin tarixində növbəti qələbə kimi qalacaq”

“Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq”. 

1news.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında deyib. 

“Başqa çıxış etmək istəyən varmı? Biz burada bütün məsələlərə diqqət yetirməliyik. Bir daha qeyd edirəm ki, bu, Oyunların rəsmi açılışından əvvəl bizim son görüşümüzdür. Gərək əmin olaq ki, heç bir məqam, heç bir məsələ diqqətimizdən kənarda qalmayıb. Ona görə də əgər hansısa sahələrdə həllini tapmayan məsələlər varsa, buyurun, biz indi bütün bu məsələləri müzakirə edib çıxış yolunu tapmalıyıq. Kimsə bir söz demək istəyirmi?

Mən bir daha qeyd etmək istərdim ki, Təşkilat Komitəsi Oyunların hazırlığına çox ciddi yanaşıb, artıq böyük iş görülüb. Bugünkü iclasımız da onu göstərir ki, ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Biz “dünya standartlarına uyğun” kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq. Siz də xaricdə keçirilən bir çox beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Müqayisə etmək üçün imkanınız olur. Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var. Ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni, artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər doğrudan da bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bir daha deyirəm ki, bu, ilk növbədə, Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir”, - Birinci vitse-prezident bildirib.

M.Əliyeva vurğulayıb: “Mən sizin hər birinizə gördüyünüz işlərə görə dərin minnətdarlığımı bildirirəm. Müvafiq strukturlarda aparılan işlərə görə minnətdarlığımı bildirirəm. Mən çox şadam ki, bizim artıq formalaşmış komandamız var. Əgər yenə də birinci Avropa Oyunlarına qayıtsaq, əminəm ki, Oyunların uğurlu keçməsi, əlbəttə, ilk növbədə, cənab Prezidentin dəstəyi, bütün Azərbaycan xalqının dəstəyi və çox peşəkar komandamızın birgə əməyi nəticəsində başa gəlmişdir.

Siz bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Oyunlara hazırlığı daim diqqət mərkəzində saxlayır. Cənab Prezident son çıxışlarında Təşkilat Komitəsinin işini bir neçə dəfə çox yüksək qiymətləndirib. Bu, əlbəttə, bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Biz gərək bu etimadı tam gücümüzlə doğruldaq.

Bildiyiniz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bu da öz növbəsində keçiriləcək Oyunların əhəmiyyətini gücləndirir. Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq. Bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək. Bir daha hər birinizə təşəkkür edirəm. Çox sağ olun”. 

1news.az

Paylaş:
734

Son xəbərlər

Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11
Bütün xəbərlər