Paytaxtın məktəb direktorları ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın məktəb direktorları ilə görüş keçirilib - FOTO

12:26 - 21 / 04 / 2017
Paytaxtın məktəb direktorları ilə görüş keçirilib - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

1news.az quruma istinadən xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin struktur bölmə rəhbərləri və ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, sosial şəbəkələrin məktəbyaşlı uşaqların formalaşmasına təsiri, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və digər məsələlər müzakirə olunub.

189-190 nömrəli tam orta məktəbdə təşkil edilən görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, paytaxtın təhsil ictimaiyyətinin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.

İdarə müdiri tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, sosial şəbəkələrin məktəbyaşlı uşaqların formalaşmasına təsiri və digər mövzular haqqında fikirlərini bildirib, bu istiqamətlər üzrə məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrdən söhbət açıb.

Görüşdə müzakirə olunan məsələlərlə bağlı məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Fərid Ədalət

Paylaş:
618

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər