Əfsanəvi futbolçu Bakıya gəlmə səbəbini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfsanəvi futbolçu Bakıya gəlmə səbəbini açıqlayıb

15:19 - 22 / 04 / 2017
Əfsanəvi futbolçu Bakıya gəlmə səbəbini açıqlayıb

Türkiyənin “Qalatasaray” futbol klubunun və Türkiyə milli komandasının əfsanəvi oyunçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Bülənd Qorxmaz  Bakıda keçirilən şopinq festivalı haqda fikirlərini bölüşüb.

1news.az-ın məlumatına görə, B.Qorxmaz Şopinq festivalın Bakıya çox yaraşdığını bildirib:

“Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”.

Bir neçə il əvvəl məşqçilik fəaliyyəti ilə əlaqədar Bakıda yaşadığını xatırladan B.Qorxmaz mayın əvvəllərində buraya baş çəkərək şopinq festivalının sərfəli təkliflərindən yararlanacağını da istisna etməyib.

1news.az

 

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər