Fransada prezident seçkiləri keçirilir | 1news.az | Xəbərlər
Dünya

Fransada prezident seçkiləri keçirilir

12:19 - 23 / 04 / 2017
Fransada prezident seçkiləri keçirilir

Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb.

1news.az-ın məlumatına görə, seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparır. 
İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turuna qatılacaq. 

Sorğuların nəticələrinə əsasən ilk beşlikdə sağ Milli Cəbhənin lideri Marine Le Pen, özünü mərkəzçi sayan “En Marche” (Yürüş) hərəkatının lideri Emmanuel Makron, sağ-mərkəzçi Fransua Fiyon, sosialistlərin namizədi  Jan-Lyuk Melanşon və hakimiyyətdəki Sosialist Partiyasının namizədi Benua Amon qərarlaşıb. 

Ölkədə 66,5 min seçki məntəqəsi faliyyət göstərir. Seçki məntəqələri saat 19:00-20.00-da bağlanacaq.

1news.az
 

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər