Tarkanın Bakıda qazanacağı məbləğ açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarkanın Bakıda qazanacağı məbləğ açıqlandı

13:12 - 24 / 04 / 2017
Tarkanın Bakıda qazanacağı məbləğ açıqlandı

Türkiyənin pop starı Tarkan Bakıda verəcəyi konsertdən sərvət qazanacaq.

1news.az baku.ws-ə istinadən xəbər verir ki, Meqastar Bakı Formula 1 Gran-Prisi çərçivəsində paytaxtımızda konsert verəcək.

Onun konsertdə əldə edəcəyi gəlirin isə 500 min dollar (851 min manat) civarında olduğu bildirilir.

Konsert proqramının iyunun 23-də baş tutacağı gözlənilir.

Xatırladaq ki, Tarkandan daha əvvəl Bakı Formula 1 yarışlarının açılış mərasiminə Enrique İglesias, Chris Brown və Pharrell Williams kimi məşhurlar dəvət edilmişdilər.

1news.az

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər