Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda yer aldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda yer aldı - VİDEO

14:19 - 24 / 04 / 2017
Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda yer aldı - VİDEO

Bu yaxınlarda Azərbaycanın mədəniyyət və incəsənət sahəsində xüsusi bir uğura imza atılıb.

1news.az xəbər verir ki, azərbaycanlı gənc Kamran Səfərəlizadə Amerikada UNESCO Sülh Mərkəzi (UNESCO Center for Peace) və UNESCO Klubları, Mərkəzləri və Asossiyasiyalarının Birləşmiş Ştatlar Federasiyası (U.S. Federation of UNESCO Clubs, Centers and Associations) tərəfindən təşkil edilmiş UNESCO klubları 2017 Dünya üzrə Gənclərin Multimediya Yarışmasında (UNESCO Clubs 2017 Worldwide Youth Multimedia Contest) ölkəmizi təmsil edərək, hazırladığı video-animasiya ilə ilk 10-luğa daxil olmağı bacarıb.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqında Multimediya Menecer vəzifəsində çalışan Kamran Səfərəlizadə eyni zamanda Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsidir. Gənc yaşında belə bir uğura imza ataraq Kamran beynəlxalq yarışmalarda ilk dəfə olaraq Azərbaycanı “hərəkətli qrafik dizayn” (motion graphic design) ilə təmsil etməyi bacarıb. 76 ölkə və 600-dən çox iştirakçının arasından finala yüksələrək ilk 10-luğa daxil olan gəncimiz yarışmanın mövzusuna uyğun olaraq öz videosunda, qaçqınların probleminin qlobal problemə çevrilməsini və həlli yollarını “hərəkətli qrafik dizayn” (motion graphic design) vasitəsilə göstərməyə çalışıb. Bundan əlavə video-animasiyada Azərbaycanın qaçqın və məcburi köçkün problemləri  problemi də öz əksini tapmış, 1947-ci ildən başlayan Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası prosesləri də qabarıq şəkildə göstərilib.

Video-animasiya ilə UNESCO-nun diqqətini özünə cəlb etməyi bacaran Kamran Səfərəlizadə bununla bağlı fikirlərini bölüşüb:

“Əlbəttə ki,  dünya üzrə 700-ə yaxın iştirakçı arasından ilk 10-luğa düşmək çox sevindirici haldır. Bu yarışmanın elanını gördükdə mövzunun birbaşa olaraq Azərbaycana da aid olması məndə bu yarışmaya qatılmaq üçün böyük bir motivasiya yaratdı. Bu video-animasiya özündə bir çox informasiyanı daşıyır. Dünya üzrə qaçqınların problemi, tarixi və müasir aspektdən baxış bu videoda öz əksini tapır. UNESCO-dan mənə göndərilən rəsmi məktubda qeyd edilirdi ki, bu video-animasiya dünyanın hər yerində nümayiş olunacaq.

Belə çıxır ki, ölkəmizin bu problemi ilə dünyanın bir çox yerlərində yaşayan insanlar da tanış olacaqlar. Azərbaycanın adının okeanın o tayında – Amerikada və dünyanın bir çox ölkələsində səslənməsi məndə böyük bir qürur hissi yaradır. Mənim üçün ən gözəl müküfat da məhz dünyanın bir çox ölkəsində Azərbaycan adının səslənməsində mənim də payımın olmasıdır. Bu təkcə mənim deyil, bütün Azərbaycanın uğurudur”.

Qeyd edək ki, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə yaradılıb. 30-dək ölkədən üzv təşkilatları birləşdirir. Tə.kiların rəhbəri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovdur.

1news.az

 

Paylaş:
679

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər