Ərdoğan fransız politoloq barədə iddia qaldırdı | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan fransız politoloq barədə iddia qaldırdı

14:44 - 24 / 04 / 2017
Ərdoğan fransız politoloq barədə iddia qaldırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı politoloq Filip Moro Defarges (Philippe Moreau Defarges) barədə Ankara prokuroirluğunda iddia qaldırıb.

1news.az-ın məlumatına görə, bu barədə  “Anadolu agentliyi xəbər yayıb. 

Fransız İnstitutunun beynəlxalq münasibətlər üzrə professoru Filip Moro Defarges  canlı yayımda Türk lider haqqında qalmaqallı çıxışı ilə hər kəsi heyrətə gətirib.
O deyib ki, aprelin 16-da Türkiyədə keçirilmiş referendumun nəticələrini nəzərə alaraq iki yol qalır: ya vətəndaş müharibəsi, ya da Ərdoğanı aradan götürmək. 

 Ərdoğanın vəkili Hüseyn Aydın Ankara prokrorluğuna  dörd səhifədən ibarət şikayət təqdim edib. Türkiyə  Cinayət Məcəlləsinə görə, Defargesin sözləri prezidentə sui-qəsd çağrışı kimi qiymətləndirilir. 

Türkiyə qanunvericiliyi bu əmələ görə xarici vətəndaşa cinayət işinin açılmasına icazə verir.

Pərvanə Sultanova

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər