Bakıda 72 yaşlı kişi evində yanaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 72 yaşlı kişi evində yanaraq ölüb

09:21 - 24 / 04 / 2017
Bakıda 72 yaşlı kişi evində yanaraq ölüb

Paytaxtda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib.

Hadisə nəticəsində 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın saat 07:41-də söndürülüb.

Fərid Ədalət

Paylaş:
508

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər