Azərbaycan-Litva əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Litva əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

18:28 - 25 / 04 / 2017
Azərbaycan-Litva əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Litvada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Baş naziri Saulis Skvernyalis ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

İqtisadi-ticarət əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanan görüşdə Hökumətlərarası birgə Komissiyanın fəaliyyətinə nəzər salınıb və bu ilin ikinci yarısında komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib. Hökumətlərarası komissiyanın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə arasında kənd-təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri barədə məlumat verib, bu layihələrin iqtisadi və vaxt baxımından üstünlüklərindən danışıb. Baltik, Qara və Xəzər dənizi hövzələrinin əlaqələndirilməsinə dair Litvanın təşəbbüsü kontekstində Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin vəd etdiyi imkanlar qeyd olunub.

Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunub və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.

1news.az

Paylaş:
565

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər