FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təlim keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təlim keçirib - FOTO

20:00 - 25 / 04 / 2017
FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təlim keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi  ilə  "Yanğınsöndürmə və xilasetmə işlərinin təşkili" mövzusunda xüsusi taktiki təlim keçirib.

FHN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, təlimin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, otel personalı və qonaqların təxliyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyi haqqında broşurlar və plakatlar paylanıb.

Təlimin ikinci – praktik mərhələsində FHN DYMX-nin xüsusi texnikası və canlı qüvvəsi, həmçinin, Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər keçirilib.

Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 55 nəfər canlı qüvvəsi cəlb olunub.

1news.az

Paylaş:
585

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər