Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub - FOTO

21:16 - 25 / 04 / 2017
Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan dilini öyrənən tələbələrlə və Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasının kollektivi ilə görüşüb. Görüşdə toxunulan mövzular arasında ekologiya, təbiəti mühafizə, müxtəlif ekoloji sistemlərin bir-birindən asılılığı problemləri xüsusi maraq doğurub. Leyla Əliyeva görüş iştirakçılarına "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin – IDEA-nın (International Dialogue for Environmental Action) və RAGB-ın fəaliyyətindən danışıb.

Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasında Azərbaycan dilini öyrənən tələbələr qonaqlara Məcid Şamxalovun “Qaynana” pyesinin motivləri əsasında eyniadlı tamaşanı təqdim ediblər. Tələbələr Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını və Azərbaycan milli rəqsini ifa ediblər.

Leyla Əliyeva gözəl quruluşa görə tələbələrə təşəkkür edərək deyib: “Tamaşa məndə çox güclü təəssürat oyatdı, qürur və sevinc hissləri keçirdim, özümü xoşbəxt hiss etdim”. Leyla Əliyeva yeni şerlərini oxuyaraq institutun kollektivinə özünün “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” (“Если б звезды ступеньками стали”) şeirlər toplusunu hədiyyə edib.

AAÖİ-nin fəxri prezidenti, MDU-nun professoru Mixail Meyer instituta gəldiyinə görə Leyla Əliyevaya təşəkkür edib və Azərbaycan dilini öyrənən tələbələrin təhsilində Heydər Əliyev Fondunun rolunu vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AAÖİ-yə ilk dəfə gəlmir. Fond bir neçə il əvvəl instituta linqafon kabineti hədiyyə edib. Ən yaxşı tələbələr isə Azərbaycan xalqının mədəniyyəti və ənənələri ilə yaxından tanış olmaq üçün ölkəmizə səfər etmək imkanı qazanıblar.

AZƏRTAC

Paylaş:
643

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər