Bakıda Aİ-Azərbaycan danışıqlarının yeni mərhələsi başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Aİ-Azərbaycan danışıqlarının yeni mərhələsi başlayır

09:48 - 25 / 04 / 2017
Bakıda Aİ-Azərbaycan danışıqlarının yeni mərhələsi başlayır

Bu gün Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır.
 
1news.az məlumatına görə, danışıqlarda Aİ-nin nümayəndə heyətinə Avropa Xarici Əlaqələr Xidmətinin əməkdaşı Luk Devin rəhbərlik edir.  

Yeni saziş 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz etməlidir. Danışıqların ilkin mərhələsi fevralın 7-də Brüsseldə keçirilib.

Tərəflər arasında vizanın ləğvinin müzakirə  oluna bilməsinə gəlincə, qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard  bildirib ki, danışıqlar geniş gündəliyi əhatə edəcək.

Daha əvvəl XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyib ki, Avropa İttifaqı  ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir.

XİN rəsmisi əlavə edib ki, Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir qüvvədədir: “Sözügedən saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır.
Vizaların ləğv edilməsi məsələsinin Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil”.

Pərvanə Sultanova

Paylaş:
520

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər