ABŞ Azərbaycana maliyyə yardımını ləğv edə bilər | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Azərbaycana maliyyə yardımını ləğv edə bilər

10:16 - 25 / 04 / 2017
ABŞ Azərbaycana maliyyə yardımını ləğv edə bilər

ABŞ inkişaf etməkdə olan bir sıra ölkələrə maliyyə yardımını azaltmağı və yaxud tamamilə  kəsməyi planlaşdırır.

1news.az-ın məlumatına görə, bu barədə TASS Foreign Policy nəşrinə  istinadən yazıb.

Məlumata görə, bu, ABŞ Dövlət Departamentinin 2018-ci il üçün büdcə sənədində nəzərdə tutulub.

Ötən il Dövlət Departamenti xətti ilə Birləşmiş Ştatlar tərəfindən inkişaf etməkdə olan ölkələrə 17 milyon dollara yaxın vəsait ayrılıb. Bu vəsaitin 30,8 faiz azaldılması gözlənilir. Ukraynana ayrılan maliyyə yardımının isə təxminən 70 faiz azaldılması nəzərdə tutulub.

Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus, həmçinin Kuba kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv edilə bilər. 

Bundan əlavə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ABŞ Dövlət Departamenti ilə birləşdirilməsi planı da layihədə yer alıb.

Pərvanə Sultanova

Paylaş:
877

Son xəbərlər

Bütün xəbərlər