Birinci xanım və ögey qız bir-birinə nifrət edir | 1news.az | Xəbərlər
Dünya

Birinci xanım və ögey qız bir-birinə nifrət edir

11:50 - 25 / 04 / 2017
Birinci xanım və ögey qız bir-birinə nifrət edir

ABŞ-ın birinci xanımı Melaniya Trampla onun ögey qızı İvankanın bir-birinə nifrət etməsi iddia olunur.

1news.az-ın məlumatına görə, bu barədə “USA Today” nəşri yazıb.

Məlumata görə, Melaniya İvankanı sevmir. Birinci xanım İvankanın Ağ Evə gəlməsi və orada müəyyən səlahiyyətləri olmasından narahatdır.  İki xanımın soyuq münasibətləri səbəbindən Melaniya həyat yoldaşının yanında deyil.

Nəşr  yazır ki, birinci xanımın Çinin  dövlət başçısının səfəri zamanı, Ağ Evdəki Pasxa tədbiri və  dövlət medalının təqdimat mərasiminə qatılması istisna olmaqla,  qalan vaxt  Donald Trampdan uzaqda Nyu Yorkda olub.

Melaniya Trampın  Ağ Evə köçmək istəmədiyi, ancaq tədbirlərə görə gəlmək məcburiyyətində qaldığı yazılıb. 
İvanka isə uzun zamandır həyat yoldaşı Jared Kuşner və 3 uşaqla birlikdə Ağ Evə köçüb.

Pərvanə Sultanova

 

Paylaş:
809

Son xəbərlər

Bütün xəbərlər