Çanaqqalada şəhid olmuş azərbaycanlıların adları əbədiləşdirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Çanaqqalada şəhid olmuş azərbaycanlıların adları əbədiləşdirilib – FOTO

13:15 - 26 / 04 / 2017
Çanaqqalada şəhid olmuş azərbaycanlıların adları əbədiləşdirilib – FOTO

2015-ci ildə Çanaqqala zəfərinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi dövlət mərasimində iştirak edən Prezident İlham Əliyevin Çanaqqaladakı Şəhidlik Kompleksində azərbaycanlı şəhidlərin adlarının ədəbiləşdirilməsi ilə bağlı tapşırığı yerinə yetirilib.

Dövlətimizin başçısı Çanaqqala savaşı zamanı Osmanlı dövləti tərəfindən döyüşərək şəhid olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək istiqamətində səfirlik tərəfindən müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq vermişdi.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ötən dövrdə Çanaqqala döyüşlərində şəhid olmuş döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çanaqqala Şəhidliyi Kompleksində mövcud olan simvolik məzarlıqdakı məzar daşlarına şəhidlərimizin adının və xatirə lövhələrinə şəhidlərimizin təmsili olaraq ölkəmizin adının yazılması istiqamətində Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib.

Rəsmi səviyyədə aparılan danışıqların nəticəsi olaraq Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin informasiya sistemində azərbaycanlı şəhidlərlə bağlı məlumat bazası yaradılıb və Çanaqqala Şəhidliyi Kompleksində xatirə lövhələrinə, simvolik məzar daşlarına şəhidlərimizin adları yazılıb.

İlkin məlumat bazasında müəyyən olunan azərbaycanlı şəhid Zeynəl Abidin oğlu Məşhət Əlinin adı Çanaqqala Şəhidliyi Kompleksindəki simvolik məzar daşlarından birinə yazılıb və eyni zamanda, kompleksin protokol yolunda mövcud olan xatirə lövhələrinə ölkəmizin paytaxtı və adı – “Bakü, Azerbaycan” olaraq həkk olunub. Görülən işlərin davamı olaraq gələcəkdə tarixçilər tərəfindən Çanaqqala savaşında şəhid olan soydaşlarımızla bağlı arxivlərdə hər hansı bir sənəd aşkar olunduğu təqdirdə Baş İdarəyə məlumat veriləcək və əldə olunan məlumatlar idarənin Azərbaycanla bağlı məlumat bazasına daxil olunaraq adları xatirə lövhələrinə əlavə ediləcək.

Həyata keçirilən tədbirlər sayəsində istər 2017-ci il martın 18-də Çanaqqala Dənizi Zəfərinin və aprelin 24-25-də Çanaqqala quru döyüşlərinin 102-ci ildönümü münasibətilə təşkil olunan tədbirlərə hazırlıq məqsədilə, Çanaqqala Şəhidliyi Kompleksi ərazisində həyata keçirilən yenidənqurma işləri çərçivəsində azərbaycanlı şəhidlərin də adlarının qeyd olunduğu xatirə lövhələrində bəzi yeniləmə işləri həyata keçirilib və əlavələr olunub.

Bununla yanaşı, 18 mart və 24 aprel tarixlərində dövlət səviyyəsində təşkil olunan və Türkiyə Prezidentinin iştirakı ilə keçirilən Çanaqqala Dənizi Zəfərinin və Quru döyüşlərinin ildönümü tədbirlərinə Çanaqqala savaşında iştirak edən ölkələrin səfirlikləri ilə yanaşı, bu il ilk dəfə olaraq Azərbaycan səfirliyi də Osmanlı dövləti tərəfindən döyüşdə iştirak edən azərbaycanlı şəhidləri təmsil edən tərəf kimi təşkil olunan tədbirlərə rəsmi dəvət olunub.

Aprelin 24 və 25-də Çanaqqala Quru Döyüşlərinin 102-ci ildönümü münasibətilə təşkil olunan anım tədbirində Azərbaycan Respublikası adından Şəhidlər Abidəsinə çələng qoyulub və səfir Faiq Bağırovun dəvəti ilə tədbirdə iştirak edən Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı və çox sayda insan azərbaycanlı şəhidlərin məzarlarını ziyarət edərək onların üzərinə gül dəstələri qoyublar. Eyni zamanda, Çanaqqala Şəhidliyi Kompleksində səfirlik tərəfindən azərbaycanlı şəhidlərin xatirəsinə ucaldılmış xatirə lövhəsi də ziyarət olunub.

S.Xankişiyeva

Paylaş:
688

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər