Mübariz Əhmədoğlu: Aİ-nin Ermənistana ayırdığı qrantların işğal olunmuş ərazilərimizdə hərbi təlimlərə şərait yaratdığı istisna deyil | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Aİ-nin Ermənistana ayırdığı qrantların işğal olunmuş ərazilərimizdə hərbi təlimlərə şərait yaratdığı istisna deyil

15:36 - 26 / 04 / 2017
Mübariz Əhmədoğlu: Aİ-nin Ermənistana ayırdığı qrantların işğal olunmuş ərazilərimizdə hərbi təlimlərə şərait yaratdığı istisna deyil

Çox şey azaldığı Ermənistana Aİ-nın ayırdığı vəsait artır. Bu artımın böyük bir qismi Ermənistana qrant formasında təqdim olunur. Qrantlar əsasən Azərbaycanla həmsərhəd ərazilərdə kənd təsərrüfatı və iqtisadi sahəyə ayrılır. Aİ kreditlərinin hamısı güzəştlidir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Aİ-nin Ermənistana ayırdığı qrantlarla bağlı xəbəri şərh edərkən bildirib:

“Tavuş rayonunda meyvə qurudulması, südün və konservlərin pasterizasiyası üçün 1 milyon 220 avro dəyərində pilot proqram layihələşdirilir. Nəzərdə tutulan bu məbləğin 976 min avrosu Aİ-nin qrantıdır. Kapan şəhərində (Sünik və ya Zəngəzur) istifadə olunmuş məişət plastikindən trotuar bordürlərinin istehsalına başlayır. 750 min avroluq vəsaitin 510 min avrosu Aİ-nin qrantıdır. Dilican və onun yaxın ərazilərində turizmin inkişafına dair 1 milyon 195 min avroluq proqram reallaşdırır. Bunun 780 min avrosu Aİ qrantıdır. Aİ dövlət borcunun idarə olunması məqsədi ilə Ermənistana 2016-cı ildə 17 milyon, 2017-ci ildə 45 milyon  avro vəsait ayırdı. Gümri şəhərinin abadlaşmasına 2,9 milyon avro qrant ayırdı. Vətəndaş cəmiyyətinə 1,5 milyon avro qrant ayrılıb”.

Politoliqun fikrincə, Aİ-nin Ermənistandakı səfiri, milliyyətcə polyak P.Svitalskinin davranışını yalnız şəxsi maraqlar prizmasından izah etmək mümkündür:

“Aİ-nin ayırdığı qrantın mənimsənilməsi ilə bağlı hətta cinayət işləri var. Aİ-nin 7 milyon avroluq seçki mexanizmləri səsvermə günü bu layihənin müəlliflərini ifşa etdi. P.Svitalski Ermənistanda siyasi korrupsiyanın olduğunu etiraf etdi.

Polşa ilə Ermənistan arasında hərbi əlaqələrdə də problem var. Lubawa (Polşa) şirkəti Ermənistan tanklarının modernləşdirilməsi barədə müqavilə imzaladığı halda sonradan rəsmi İrəvan Rusiyanın xeyrinə bu müqavilədən imtina etdi. 

“İskəndər” OTRK-ların Kalininqradda (RF) yerləşdirilməsinə Polşa və digər dövlətlər dəfələrlə etiraz etdikləri halda, Ermənistanda yerləşdirilməsinə heç bir münasibət bildirməyiblər.

P.Svitalski 2016-cı ilin sonlarından başlayaraq Ermənistana ayrılan qrant layihələrinin sayını artırıb və bu proses seçkidən sonra da davam edir. Ermənistanın Aİ ilə assosiativ sazişinin imzalanmasında hələ də qeyri-müəyyənlikdir. Ötən ilin sonlarında imzalanmalı idi. Sonra bu ilin əvvəlinə keçirdilər. S.Sarkisyan Brüsseldə olarkən imzalanmadı. İmzalanma tarixi may ayına təyin edildi. İndi noyabrda imzalanacağı deyilir.

Bu ərəfədə Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazisində keçirdiyi hərbi təlimlərin sayı xeyli artıb. Hər bir hərbi təlim dövlət büdcəsindən pul yeyir. Ermənistanın dövlət büdcəsi də zərərlə işləyir. Mart ayında Ermənistanın dövlət borcu daha 35 milyon dollar artdı. Belə şəraitdə Ermənistan rəhbərliyinin hərbi təlimlərin sayının artırması işğalçılıq iradəsinin nümayişidir. Aİ-nın əsaslı səbəb olmadan Ermənistana qrantlarını artırması da Ermənistanın işğalçılıq ambisiyasının dəstəklənməsinə xidmət edir. Ermənistan hərbi təlimlərə ayırdığı pulu Sünikdə səki zavodunun, Tavuşda meyvə qurudulması sexinin açılmasına xərcləyə bilərdi.

Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistanın büdcə borclarının ödənilməsinə Aİ 45 milyon avro vəsait ayırır:

“Aİ-nin Ermənistan və Azərbaycan ziyalılarının yaratdığı “Sülh platforması”na neqativ münasibəti Ermənistandakı nümayəndəliyinin rəyi əsasında formalaşıb. Mötəbər rəy sorğularında  əhalinin dinə meylinə görə dünyanın 5-ci dövlətidir. Azərbaycan belə sorğularda çox aşağılarda qərar tutur. Ermənistan yalançı xristian möhtəkirliyi ilə məşğuldur. Ermənistanın xristian möhtəkirliyi avropalılara o cümlədən Aİ-nin Ermənistandakı strukturlarına da sirayət edib.

Aİ-nin Azərbaycanda nümayəndəliyi var. Aİ nümayəndəliyi ətrafında işləyən strukturlarla birlikdə müəyyən qədər aktivliyi artıra bilərlər. Aİ-nin Azərbaycandakı strukturları Azərbaycan cəmiyyətinin Avropaya yaxınlaşması parametrlərini düzgün dəyərləndirməklə Avropa ictimaiyyətinə çatdırmalıdır. Azərbaycanlılar ən çox avropalaşmış müsəlmanlardır. Azərbaycan cəmiyyəti və rəsmiləri Aİ və ona yaxın strukturlarla birlikdə Ermənistanın növbəti yalanının qabağını almalı, 2013-cü ilin 3 oktyabr hadisəsinin təkrarlanmasına imkan verməməlidir”.

S.Xankişiyeva

Paylaş:
622

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər